Bu gün ölkənin öndə gələn şirkətlərinin ortaq tərəfdaşlıq partnyoru MARSOL-un ənənəvi tədbirlərindən olan “Business Breakfast və B2B” görüşü gerçəkləşdi. “Caspian Trading Centre ” şirkətinin təqdimatı ilə görüş “MARSOL Business Club”da baş tutdu. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.
Görüşdə “Caspian Trading Centre ” şirkətinin yerli brendlərindən olan “Top Supermarketlər” şəbəkəsi haqqında məlumat verildi və təqdimat videosu izlənildi. Şirkətin rəhbəri Zaur bəy qeyd etdi ki, “Top Supermarketlər” şəbəkəsi yüksək keyfiyyət, hər büdcəyə uyğun olan sərfəli qiymət və bol çeşidlər təqdim edərək müştəri məmnuniyyətini ən ali pillədə tutan və müştərilərinə hər zaman dəyər verən yerli brenddir. Həmçinin, Zaur bəy bazarda yetəri qədər keyfiyyətli məhsul olan Türkiyə istehsalı “Predo Azərbaycan” məhsullarından və idxal etdikləri digər məhsullar haqqında geniş danışdı.
Görüş zamanı partnyorlarımız şirkətlərin yerli bazarda olan üstünlüklərindən, keçirilən layihələrindən əlavə, MARSOL-un onların biznes sahəsindəki təcrübələrinə təsirindən və faydalarından danışdılar.
Sonda isə “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən danışdı və növbəti sərgi haqqında partnyorları məlumatlandırdı.
Onuda qeyd edək ki, Zaur bəy 2021-2022 MARSOL-un sponsorlarından olan “Vəlioğlu 2018” şirkətinin təsisiçisidir.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər:
Marsol MMC
BSC Group
Ecomedi
Vəlioğlu-2018 MMC
ProGlass
LV Shiping
Social lab
Dolma Restoranı
Lepka
Dekoriza