Ofis Ziyarəti “Birgə və Sağlam İctimai Birliyi” – 09.02.2022

Bu gün MARSOL partnyorlarımızla birlikdə, sosial tərəfdaşımız olan “Birgə və Sağlam İctimai Birliyi”nin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzini ziyarət etdik və “Kashalata” kafesində qonaq olduq. Autizmli uşaqlarla tanış olduq və onlarla maraqlı söhbətimiz baş tutdu. Həmçinin partnyorlarımızla birlikdə “Birgə və Sağlam İctimai Birliyi”ndə yaradılan şəraitlə tanış olduq. Daha sonra autizmli gənclərin qonaqlar üçün hazırladığı gözəl musiqili çıxışları dinlədik.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Caspian Enerji Group
Sabiroğlu
Bf Group
Türkeş Dekor
Good Finance
Həkim Baba
Vien Group