Business Breakfast “Dine Hall” – 09.02.2022

Bu gün xanım sahibkarların da iştirakı ilə “DineHall” restoranında  MARSOL-un fəaliyyət istiqamətlərindən biri olan, işgüzar şəxslərlə biznes əlaqələrinin qurulması və inkişafı məqsədi ilə həyata keçirilən  “Business Breakfast” görüşü baş tutub. Səmimi mühitdə həyata keçən görüş zamanı fərqli-fərqli sahələrdən olan partnyorlarımız arasında yeni tanışlıqlar oldu və yeni biznes əlaqələrinin qurulmasında körpü rolunu oynadıq. Həmçinin görüşlərimizdə partnyorlarımıza tanıtım üçün zaman ayırırıq, bu dəfə isə “Texno Gallery” şirkətinin tanıtımı reallaşdı. Belə ki, “Texno Gallery”  şirkətinin rəhbəri Murad bəy qeyd etdi ki, mağazalarında dünyanın aparıcı istehsalçılarından geniş çeşiddə müxtəlif keyfiyyətli məhsullar və avadanlıqlar – kompüter avadanlığı, noutbuklar, ultrabuklar, kompüter ehtiyyat hissələri,serverlər və şəbəkə avadanlıqlarının sərfəli qiymətlərlə satışı həyata keçirilir.

Həmçinin görüşdə Bakı və xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu Elvin bəydə iştirak edib. Elvin bəy, görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Cleverest Academy
KOBİA
158 Taxi
F.F.F+N
Azprint
Azestetik
BFAA
Lucky Office Support
Sona Cake House
Əhmədoğlu İnşaat
Natura İnşaat
BHB
Secanet
SKY Supply
Greenmed
MN Logistica
İstek Group
Parallel Oil
Euro Glass Art
Ruzi
SR Group
Kavrolin.az
MR Group
Elar Park
Avtometal
One Smart Star
İnes
Azmep
Texno Gallery
Labor
MYZiron
Zamex
Red Academy
İnnes
Lunchef Catering
Stommer ( qonaq )
Zərif Zərgər