Sosial Fəaliyyət (Mafia) – 08.02.2022

08 fevral partnyorumuz “La Liga Lounge Center”də sosial fəaliyyətlərimizdən olan “mafia” oyunu və axşam ziyafəti baş tutdu. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar oldu və sahibkarlıq fəaliyyətləri haqqında geniş məlumat verdilər. “MARSOL” tərəfdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə nəzərdə tutduğumuz “mafia” oyunu dostluq əlaqələrinin qurulması üçün səmimi mühit yaradır. Bütün tədbirlərimiz kimi axşam da rahat ab-havada keçən görüşümüz partnyorlarımızın yüksək əhval-ruhiyyəsini təmin etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Artidea İnşaat
Panda school
Saloni mebel
Saat store
Humel
Ck Trading
Pos.az
Z glass
Marry me
Bravo
Elkha homes
Taim
Smart group
Ambiance med
Sabiroğlu
Laliga Lounch