Ofis ziyarəti “Sabiroğlu” – 08.09.2022

Bu gün növbəti “Ofis Ziyarəti”miz partnyorumuz “Sabiroğlu” şirkətində baş tutdu. Əvvəlcə partnyorlarımız arasında tanışlıq oldu. Daha sonra şirkətin təsisçisi Samir bəy fəaliyyətləri haqqında ətraflı məlumat verərək qeyd etdi ki, şirkət 30 ildir mühərrik yağlarının, antifrizlərin və müxtəlif avtomobil ehtiyat hissələrinin idxalı və satışı ilə məşğul olur və Azərbaycanda bu sahə ilə məşğul olan aparıcı şirkətdir.

“Sabiroğlu” MMC Türkiyənin “Koç Holding”-ə məxsus olan OPET FUCHS, SARDES FİLTER və DELSA FİLTER şirkətlərinin, Rusiyanın Star VOLT, Carville, Luzar, və Coolstream şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur.

Sonda isə, Samir bəy MARSOL partnyorlarına xüsusi endirimlərin də olduğunu qeyd etdi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Azərtex servis
Gst Company
LV Shipping
Net Finance
Azfinance
Kirpi Textile