Business Breakfast – 08.09.2022

“Business Breakfast”lə başlayan yeni bir gün.

Bu səhər partnyorlarımız üçün “DineHall” restoranında təşkil etdiyimiz “Business Breakfast” görüşündə partnyorlar arasında yeni tanışlıqlar oldu. Xanım sahibkarların da qatıldığı bu görüşdə Dövlət qurumlarından KOBİA Bakı və Xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu Fariz bəy, “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım iştirak etdi və sahibkarları maraqlandıran sualları cavablandırdı.

Görüşdə “Birgə İnvest”-in rəhbəri Elnur bəy “Dövlətin maliyyə dəstəyi mexanizmi və investisiya şərtləri” mövzusunda öz bilik və təcrübələrini bizlərlə bölüşdü. Partnyorlarımız üçün çox faydalı olduğunu düşündüyümüz bu təqdimatdan sonra mövzu barəsində müzakirələr edildi və suallar cavablandı.

Ən sonda isə 8 noyabr tarixində start veriləcək “MARSOL Mini Futbol Turniri 2022 “ZƏFƏR” Kuboku” çempionatının təqdimatı edildi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

MM Shipping
One smart star
Abşeron TMM
Social Lab
Samadow Law
TechMaster
KOBİA
Strix
Smart Energy
Qayo
Təndir Məndir
Agile Solutions
Qolat
Zamex
EuroGlass Art
Documod
Fins.az
Birgə İnvest
Safrr
KYS
SİF
Saca Grup
Renta Lab
Azprint
BravoTech
ONEAMZ
Cersan Lift
Refresh Grup
Demo Gastro
EF Production
Bosson
Naxçıvan Bank
Ailas Group
Dəmirağac
Tekstil