Ofis ziyarəti “MESA Group” – 08.09.2022

Bu gün xanım sahibkarların iştirakı ilə tibbi və estetik avadanlıqların satışı, servisi və təlimi ilə məşğul olan partnyorumuz “MESA Group” şirkətinin qonağı olduq. Görüşdə tanışlıqlarla yanaşı maraqlı mövzulardan söhbət açıldı. “MESA Group” şirkətinin rəhbəri Məftun bəy partnyorlarımıza şirkətin fəaliyyəti və idxal etdikləri estetik cihazlar haqqında ətraflı məlumat verdi və tədris gəzintisində həm estetik cihazlarla, həm də şirkət daxilində fəaliyyət göstərən təlim bölməsilə tanış etdi.

İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

Cleverest academy
Home guide
Ok Media
SM Fresh oil
Peşəkar Psixologiya Mərkəzi
GV Estetik
Xəyal media
Mesa Group