Ofis ziyarəti “Global Innovation” – 08.09.2022

Bugünkü növbəti “Ofis Ziyarəti”miz “Global Innovations” şirkətində baş tutdu. Əvvəlcə görüşdə iştirak edən partnyorlarımız arasında tanışlıqlar oldu. Sonra isə şirkətin rəhbəri Zeynal bəy öz fəaliyyətlərindən bəhs edib, xidmətləri haqqında ətraflı məlumat verdi. Xüsusi ilə də Epoint.az xidməti haqqında təqdimat edildi. Partnyorlarımıza özəl təkliflərin şamil olduğunu vurğuladı.

“Global Innovations” MMC şirkəti Azərbaycanda texnoloji həllər istiqamətində fəaliyyət göstərir. Elektron xidmətlərin inkişafı və bizneslər üçün avtomatlaşdırılmış sistemlərin hazırlanması ilə məşğul olur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Əmlak.az
Delta tech
Sharaf media
Hikmətoğlu transpor
Outside
Maurra group
Concept catering
Wom-Online aptek