Ofis Ziyarəti “Birgə və Sağlam İctimai Birliyi” – 09.09.2022

Bu gün partnyorlarımızla birlikdə, sosial tərəfdaşımız olan “Birgə və Sağlam İctimai Birliyi”nin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzini ziyarət etdik və “Kashalata” kafesində qonaq olduq. İctimai Birliyin rəhbəri Aytən xanım mərkəz haqqında partnyorlarımıza ətraflı məlumat verdi və təşkil olunan dərs prosedurları ilə yaxından tanış etdi. Autizmli uşaqlarla birlikdə vaxt keçirərək onlarla maraqlı söhbətlər etdik. Daha sonra onların musiqili çıxışlarını izlədik. Sonda isə Aytən xanım qeyd etdi ki, “Kashalata” Azərbaycanda autizm sendromlu uşaqların işlətdiyi ilk kafedir. Uşaqların sevgi ilə yoğurub hazırladığı kekslərini daddıq, olduqca ləzzətli idi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Mibella
Zərif Zərgər
Köynəkci.az
Difa Consulting
Acıbadem
S-Enna
Logi Group