Ofis Ziyarəti “iTech Group” – 09.09.2022

Bu gün partnyorumuz “iTech Group” şirkətinin qonağı olduq. Bizi şirkətin rəhbəri İlham bəy qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız öz biznesləri haqqında məlumat verdilər. Daha sonra İlham bəy şirkət haqqından partnyorlarımızı məlumatlandırdı və fəaliyyətlərindən söhbət açdı. Şourum gəzintisi edərkən məhsullarla daha yaxından tanış olduq.

iTech Korporativ – İnformasiya Texnologiyaları sahəsində ixtisaslaşmış, peşəkar və sertifikatlı mütəxəssislərdən ibarət Azərbaycanın inkişaf etmiş şirkətidir. Şirkət 2000-ci ildən etibarən ölkədə telekommunikasiya, neft-qaz, hökumət və hüquq mühafizə orqanları, bank, maliyyə, nəqliyyat sektorunda müxtəlif miqyaslı bir çox uğurlu və innovativ layihələr həyata keçirmişdir.

iTech Group tərəfindən təklif edilən İT xidmətlər, məhsullar və həllər geniş sahəni (Sistem inteqrasiyası; Elektron hökumət; Bank və maliyyə institutları; İP-Telefoniya və Çağrı Mərkəzi; Təhlükəsizlik və mühafizə; Kibertəhlükəsizlik; Video konfrans; İnteraktiv səsli xəbərdarlıq; Konfrans zalları, toplantı otaqları və geniş tədbirlər; Kəsintisiz enerji təchizatı, Məlumat Mərkəzlərinin (Data Center) qurulması; İT infrastrukturu, Şəbəkə; Texniki dəstək və s.) əhatə edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Baykon İnşaat
Zərif interior
Good finance
Kapital bank
Logitrans
VN Group
İtech
Marsol