B&B Security Alliance

B&B Security Alliance 2019-cu ildə təsis edilmişdir və yalnız kibertəhlükəsizlik məsələləndə ixtisaslaşır. B&B Security Alliance, yeni və mövcud təhlükələrə qarşı davamlı olmaq istəyən müştərilərə kibertəhlükəsizlik həllərini təmin edir. Biz peşəkar xidmətlər və konsultasiya təklif edirik və vendor şəbəkəmiz vasitəsilə sizə reputasiyanızı və şirkətinizin dəyərini artıran və öz sferalarında ən yaxşı hesab edilən məhsullar dəstini seçməyə kömək edəcəyik.Bizim texniki heyətimiz istənilən müasir təşkilat üçün mötəbər təhlükəsizlik mövqeyini yaratmaq üçün tələb olunan çoxsaylı xidmətlər və konsultasiyalar təklif edir.
B&B Security Alliance, BestComp Group və Barikat Cyber Security şirkətlərinin müştərək şirkətidir. 
Xidmətlərimizə penetrasiya testi (sistemin ziyankar müdaxilədən müdaifiə vəziyyətinin qiymətləndirilməsi), proqram təminatlarının təhlükəsizlik auditi, informasiya sistemlərinin təhlükəsizlik auditi, verilənlər itkisinin qarşısının alınması, şəbəkə təhlükəsizliyi daxildir. Biz idarəetmə, risk və riayət tələblərinizlə uyğun olmaqda sizə kömək edə bilərik və davamlı müşahidə təşkil etmək istəyən şirkətlər üçün Təhlükəsiz Əməliyyatlar Mərkəzləri və SIEM-lər (İnformasiya təhlükəsizliyi və təhlükəsizlik hadisələrinin idarəetmə sistemləri) qurmağa və idarə etməyə qadirik.
Bizim elmi-tədqiqat şöbəmiz, kibertəhlükəsizlik səviyyəsinin artırılması üçün tələb olunan texnologiya və metodologiyaları araşdırır və müasir təşkilatlarda təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə tələb olunan məhsul, xidmət və metodologiyaları tərtib edir. 
Siz bizim audit, konsultasiya, aparıcı şəbəkə və təhlükəsizlik həllərinin arxitekturası və inteqrasiyası sahəsində təcrübəmiz, peşakarlığımız və etibarlılığımızdan faydalana bilərsiniz. Biz, ISO 27001-sertifikasiyalı Kibertəhlükəsizlk Müşahidə Mərkəzimizdən fasiləsiz olaraq (7×24) müasir texnologiyalara əsaslanan bulud, idarəedilən və SOC xidmətləri göstəririk. 

Ünvan: Bakı Ağ Şəhər Biznes Mərkəzi, 8 Noyabr pr.,

Telefon: +994 12 489 10 20

web: www.bnbsecurity.az

e-mail: [email protected]

Facebook: BNB Security Alliance

İnstagram: bnbsec