Ofis Ziyarəti – “S-ENNA” – 16.08.2023

Partnyorlarımızla birlikdə bu dəfə liftlərin və eskalatorların quraşdırılması ilə məşğul olan “S-ENNA” şirkətinin ofisində qonaq olduq. Partnyorumuz olan şirkətin təsisçi direktoru Pərviz Zalov bizi çay süfrəsi ətrafına dəvət edərək quraşdırma işləri ilə yanaşı liftlərin, eskalatorların və digər qaldırıcı qurğuların idxalı haqqında məlumat verib. Daha sonra partnyorlarımız davamlı əməkdaşlığın inkişafı məqsədi ilə bir-birilərilə öz biznes təcrübələrini bölüşüblər. Həmçinin, sahibkarlar “S-ENNA” şirkətinin fəaliyyətləri haqqında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

“S-ENNA” şirkəti yarandığı gündən əsasən lift quraşdırılması ilə məşğul olmuşdur. Hal-hazırda “HYUNDAI ELEVATOR CO.,LTD”-ni təmsil edən şirkət lift, eskalator, travelator, avtopark sistemləri, platform mühafizə qapılarının quraşdırılması və texniki servis xidmətləri təşkil edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

A.Asash
Omax Sənaye Qrupu
Procon İzo
İVENTO
VİEN GROUP
Başak Supply