Ofis Ziyarəti “Meslehetci.az” – 15.08.2023

“Ofis Ziyarəti” görüşü çərçivəsində bugün partnyorlarla birlikdə “Meslehetci.az” şirkətinin ofisində qonaq olduq. Bizi şirkətin həmtəsisçiləri Abbas Orucəliyev və Xalid Cəfərov qarşıladı. Şirkətin direktoru Abbas bəy mühasibat və maliyyə uçotunun şəffaf formalaşması, vergilərin düzgün hesablanması və ödənilməsi xidmətləri haqqında partnyorlarımıza məlumat verdi. Təqdimatdan sonra partnyorlarımıza şirkət tərəfindən “Suşi” təqdim olundu. Görüşün davamında sahibkarlar bir-birilərilə tanış olaraq iş dünyasındakı təcrübələri haqqında fikir mübadiləsi apardılar.

Qeyd edək ki, “Meslehetci.az” fəaliyyəti dövründə bir çox şirkətlərlə uzunmüddətli və keyfiyyətli münasibətlərə əsaslanan proyektlər həyata keçirməkdədir. Sahibkarların və şirkətlərin mənafeyini öz mənafeyi kimi görən şirkət yüksək ixtisaslı və savadlı kollektivi ilə mühasibat, maliyyə, vergi, kadr və audit xidmətlərinin öhdəsindən gəlir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sabiroğlu
Azestetik Group
Dekoriza
Medical Media
Amazon Travel
Kovrolin.az
Shane Academy
Abşeron Logistika Mərkəzi
ERZ Ofis Mebeli
Saloni