Qinyətoğulları Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatıdır. İstehsal olunan məhsulların keyfiyyəti, istehsal olunan məhsulların miqdarı, arı pətəklərinin sayı, texnoliji avadanlıqlarına görə Qinyət oğulları illərdir Azərbaycanda öz birinciliyini qoruyub saxlayır. Hal-hazırda 1400-ə yaxın arı pətəyi olan Qinyətoğulları atadan oğula keçən ailə təsərrüfatıdır. 1975-də ilk arı pətəkləri alan ailə zamanla pətəklərinin sayını artırıb, həvəskar arçılıqdan peşəkar arıçılığa keçib. Biz ürək rahatlığı ilə deyə bilirik ki, 44 ildir ki, təbii və yüksək keyfiyyətli bal, çiçək tozu, arı südü, vərəmum istehsalı ilə məşğul oluruq. Məhsullarımız yerli və beynəlxalq bal yarışmalarında öz layiqli yerini tutmuş və keyfiyyətimizi bir daha təsdiqləmişdir.

Ünvan: Şəki ray. Baş Küngüt kəndi

Mobil: 050 321 29 72 / 055 600 25 76

web:  www.azeribal.az

E-mail:  [email protected]

Facebook: azeribal

İnstagram: qinyatogullari