Ofis Ziyarəti “Şərq Motors” – 10.11.2022

Bugün Yapon, Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirən partnyorumuz “Şərq Motors” şirkətinin qonağı olduq. Görüşdə partnyorlarımız özləri və bizneslərindən bəhs edərək bir-birləri ilə daha yaxından tanış oldular. Daha sonra “Şərq Motors” şirkətinin həmtəsisçi direktorları Müşviq Quliyev və Rəşad Quliyev bizləri şirkətin fəaliyyəti və idxal etdikləri markalar haqqında məlumatlandırdılar. Ardınca şirkətin Beynəlxalq əlaqələr və marketinq departamentinin direktoru Vasif Babayev Marsol partnyorlarına şamil olunan endirim və kampaniyalardan bəhs etdi.

2000-ci ildən fəaliyyət göstərən “Şərq Motors” şirkəti Yapon, Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı , satışı və servis xidmətini həyata keçirir . 2007-ci ildə şirkət “Hyundai Auto Azerbaijan”ın rəsmi dileri, 2010-cu ildə “Kia Motors Azerbaijan”ın rəsmi dileri olmuşdur. Eyni zamanda Aftermarket satış şöbəsi ilə müştərilərinə genişmiqyaslı şəkildə Azərbaycanın bütün bölgələrinə topdan və pərakəndə ehtiyat hissələrinin satışını təmin edir. Şirkət Mando, HCC, CTR , Sakura Filters , ADR Radiators , Federal Power və Genesso brendlərinin Azərbaycandakı rəsmi təmsilçisidir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Abşeron TMM
166 Yük Daşıma
Office Pro
Antik İnşaat
BHB Media
QAYO
Texno Gallery
ABV
Vibrostone
Lunchef
Pərdəçi
Vien Group
Destec Group
Şərq Motors