Ofis Ziyarəti “GR Group” MMC – 10.11.2022

10 noyabr partnyorlarımızla birlikdə “GR Group” şirkətinin qonağı olduq. Partnyorlarımız arasında tanışlıq oldu. Daha sonra “GR Group” şirkətinin rəhbəri Orxan Abdurahmanov partnyorlarımıza fəaliyyətləri haqqında danışdı. Belə ki, Orxan bəy “GR Group”-un tərkibində fəaliyyət göstərən “Marsol” partnyoru olan digər 3 şirkət: “PrimEx”, “Grow Audit” və “Globus Travel” haqqında ətraflı məlumat verdi.

Ən sonda isə, Orxan bəy görüşdə iştirak edən partnyorlara “Globus Travel”dan 100 AZN-lik “hədiyyə kartı” təqdim etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Əmlak.az
İnmotion Trading
Logi Group
Kovrolin.az
Envix Print
Asstrech
Onur Plast
Elar Park
Baku Spirits
Caspian Clima
Proglass