“Time management” mövzusunda təlim – 11.11.202

“MARSOL Business Club”da “Time management” və “Şəxsi effektivlik” mövzusunda təlim

11 noyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da “SAT Group”un həmtəsisçisi Azad Qəhrəmanovun “Time management” və “Şəxsi effektivlik” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “Express Print” şirkətinin həmtəsisçisi Şahin Məlikzadə şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Daha sonra təlim müddətində Azad bəy mövzu haqqında partnyorlarımızı məlumatlandırdı və suallarını cavabladı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Engitech
STV Engineering
Aquastyle
DİT
Panda School
AE Servis
Gens Elektrik
Dolma Restoranı
Express Print
SAT Group
Difa Consulting
ADRA