MARSOL Mini Futbol Turniri “Zəfər Kuboku”nun püşk atma mərasimi

8 noyabr tarixində QOLAT Sport Services”in təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası, “Marsol” MMC-nin tərəfdaşlığı, və “FRANKE”in Azərbaycandaki rəsmi nümayəndəsi “Tekaz” MMC-nin baş sponsorluğu ilə təşkil olunan MARSOL Mini Futbol Turniri “Zəfər Kuboku”nun püşk atma mərasimi baş tutub.

Tədbirdə turnir barəsində ətraflı məlumat verilib, qruplar müəyyən edilib ən sonda isə komanda kapitanlarının iştirakı ilə əyləncəli yarış təşkil edilib.Tədbirdə açılış nitqi ilə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Azərbaycan Sahibkarlar Konfederasiyası vitse prezidenti Vüqar Zeynalov, MARSOL MMC-nin təsisçisi Tural Mustafayev, “FRANKE”in Azərbaycandaki nümayəndəsi Tekaz şirkətinin rəhbəri Kazım Kazımov, Qolat Sport Services-in rəhbəri Səid Bağırov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb və Zəfər bayramı münasibətilə hər kəsi təbrik ediblər.27 noyabr tarixində start götürəcək turnirdə “MARSOL” partnyorlarından ibarət 32 komanda iştirak edəcək. Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaqdır.

İştirak edən hər kəsə uğurlar arzulayırıq! Güclü olan qalib gəlsin!

Çap və promo tərəfdaş: Moon Group Poliqrafiya & Promo

Media tərəfdaş: BHB Strategic & Creative Co.