“Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib.

8 noyabr tarixində Marsol MMC – nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA , Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kapital BankMoon Group Poliqrafiya & Promo şirkətinin tərəfdaşlığı ilə şirkətlər arasında “Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən MARSOL MMC-nin təsisçisi Tural Mustafayev, KOBİA Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Məşğulluq Agentliyinin İnsan Resursları Departamentinin rəhbəri Rəna Şərifova, Kapital Bankın Kiçik və Orta Sahibkarlarla iş departamentinin rəhbəri Nəsimi Xasıyev iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb və Zəfər bayramı münasibətilə hər kəsi təbrik ediblər.

MARSOL MMC-nin partnyoru olan 24 şirkətin təmsil olunduğu yarışmada ümumilikdə 144 şirkət nümayəndəsi iştirak edib. Gərgin keçən yarışmanın yekununda ROOF Academic Training şirkətinin ROOF komandası “MARSOL ZƏFƏR KUBOKU” nun sahibi oldu. Kapital Bankın “Kapi – talant” komandası 2 – ci, Səhliyalı şirkətinin eyniadlı komandası isə 3 – cü yerin sahibi olublar. Qaliblər diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunub.

Yarışmada iştirak edən Dövlət Məşğulluq Agentliyinin “Vətən müharibəsi iştirakçıları” komandasına da xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni Marsol şirkətinin təsisçisi Tural Mustafayev təqdim edərkən bildirib ki, “Komandada iştirak edən müharibə iştirakçılarının timsalında Zəfər gününü bizə yaşadan qəhrəmanlarımız bizim üçün hər zaman qalibdir!”

Çap və promo tərəfdaş: Moon Group

Könüllü dəstəyi: UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi