Naxçıvan Muxtar Respublikası – işgüzar səfər (2-ci gün)

Naxçıvan Muxtar Respublikasına işgüzar səfərin ikinci günü partnyorumuz olan “SİRAB” şirkətinin eyniadlı kənddə yerləşən zavoduna ziyarətlə başladı. “SİRAB” şirkətinin İdarə Heyətinin sədri Namiq Novruzov qonaqlara istehsalatı gəzdirərək müəssisənin fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Daha sonra çay süfrəsi ətrafında tanışlıq oldu.

Günün ikinci ziyarəti digər Marsol partnyoru olan Naxçıvan Bankın baş ofisinə oldu. Bankın İdarə Heyətinin sədri İsa İsayev qonaqlarımız üçün hazırlanan furşet masası ətrafında bankın Naxçıvandakı fəaliyyəti haqqında geniş məlumat verdi və görülən işlərlə bağlı hazırlanan video çarx nümayiş olundu. Görüş sonunda partnyorlarımızla birgə “Duzdağı Fizioterapiya Mərkəzi”nə ekskursiyamız baş tutdu.

Sonra isə Naxçıvan Bankın dəvəti ilə partnyorlarımızla birlikdə şam yeməyində iştirak etdik.