Ofis Ziyarəti “Roofs” – 01.02.2024

Partnyorlarımız bu gün dam örtüklərinin istehsalı ilə məşğul olan “Roofs” şirkətində qonaq olub. İlk olaraq ofisdə təşkil olunan çay süfrəsi ətrafında şirkət barədə ətraflı təqdimat baş tutub. Təqdimat zamanı şirkətin direktoru Hümbət Kazımov “Roofs”un 10 illik fəaliyyəti, məhsulların növləri, istehsal həcmləri və ixrac bazarı barədə məlumat verilib.

Daha sonra şirkətin istehsal sahəsinə ekskursiya təşkil olunub. Sahibkarlar burada dam örtüyü istehsalı üçün istifadə olunan müxtəlif avadanlıqlarla, həmçinin istehsal prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, dam örtükləri və aksesuarlarının istehsalı və satışını həyata keçirən “Roofs” şirkəti dünyanın tanınmış dəmir brendi olan “Arcelor Mittal” ilə əməkdaşlıq edir və Belçika, Fransa kimi ölkələrdən məhsulları müştərilərə çatdırır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Bestsol
İnkdustry
Az-İnşaat
Unilift
Archi Glass
Ağ Saray
Azelektrod
Antik İnşaat
Caspian Klima