Dəyirmi masa ətrafında B2B görüş – 01.02.2024

Bu gün dəyirmi masa ətrafında B2B görüş çərçivəsində partnyorlarımızla yenidən bir araya gəldik. Görüşdə ənənəvi olaraq Marsol Group-un fəaliyyətləri ətrafında müzakirələr aparıldı və gələcək üçün planaşdırılan layihələr haqqında məlumat verildi.

Tanışlıqdan sonra partnyor şirkətlər, bir-birilərilə yeni fürsətlər yaratmaq, təcrübə və biliklərini mübadilə etmək və yeni əməkdaşlıqlara zəmin yaratmaq imkanını dəyərləndirdilər.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!