Ofis Ziyarəti “Rasmar” – 04.03.2022

Bu gün partnyorlarımızla 10 ildən artıqdır ki, Xəzər regionunda satınalma, mühəndislik və tikinti sahələri üzrə fəaliyyət göstərən “Rasmar” şirkətinin ofisində oldu. İlk olaraq partnyorumuz olan sahibkarlar arasında tanışlıqlar olub və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat veriblər.

Həmçinin şirkətin rəhbəri Ramil bəy Neft və Qaz, Dənizçilik, Gəmiqayırma, İnşaat və digər əlaqəli sənayelərdə tikinti və istismar işləri üçün məhsul və xidmət həllərinin tam paketini təqdim etdiklərini qeyd etdi.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Helind
Smart Enerji
İvento
Ağ Saray
Netcond
Baykon İnşaat