Dövlət Məşğulluq Agentliyi və Marsol MMC-nin partnyor şirkətləri arasında görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Marsol” MMC-nin partnyor şirkətləri arasında görüş olub.

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “Marsol” MMC-nin direktoru Tural Mustafayev və digər nümayəndələr iştirak edib.

M.Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Agentlik dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Görüşdə həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Sonda isə Mustafa Abbasbəyli “Marsol” MMC-nin partnyor şirkətlərinin nümayəndələrini dinləyib və onların suallarını cavablandırıb.

İştirak edən şirkətlər –

Şərq Motors
Vəliev
Vien Group
Globus Travel
Allsmart
Özsüt
İncert
Monopak
Saloni
Katsan
Uniform.az
Kartpak
Asstrech
Smart Systems
BHB
Vibrostone
Vitam