MARSOL-un ənənəvi tədbirlərindən olan, növbəti “Business Breakfast və B2B” görüşü partnyorumuz “AAC – Gobustone” şirkətinin təqdimatı ilə “Kolorit” restoranında baş tutub. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.
Görüşdə “Dövlət Məşğulluq Agentliyi”-nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O, da öz növbəsində agentliyin fəaliyyəti haqqında partnyorlarımızı məlumatlandırdı.
Partnyorumuz olan “AAC – Gobustone” şirkətinin satış direktoru Sərvan bəy təqdimat edərkən, şirkətin yerli və beynəlxalq standartların tələblərinə cavab verən, müvafiq keyfiyyət sertifikatlarına layiq görülmüş məsaməli hörgü bloklarının və müxtəlif çeşidli əhəng məhsullarının istehsalını və satışını həyata keçirdiklərini qeyd edib. Daha sonra Sərvan bəy “Satışda ünsiyyət qaydaları” mövzusunda təcrübələrini bölüşüb.
Sonda isə partnyorlarımıza “Partners & Business 2022” sərgisi haqqında ətraflı məlumat verdik.
İştirak edən şirkətlər –
Baykon İnşaat
Tekaz
Mesa Group
MVC Group
Okuklu
Office Pro
Megavision
Antik İnşaat
All Plast
Gobustone
SMTT
S-Enna
Kovrolin.az
DMA
Vitam
Xalq Həyat
Flame Tour
Fleetstock