Ofis Ziyarəti “Express Services & Logistics” – 10.03.2022

MARSOL partnyorlarımızla birgə “Express Services & Logistics ” şirkətində qonaq olduq. “Express Services & Logistics”in rəhbəri Anar bəy fəaliyyətləri haqqında ətraflı məlumat verib. Görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.

“Express Services & Logistics”in rəhbəri Anar bəy Çin, Cənubi Koreya, Tayvan, Hindistan və Dubaydan mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq işə başladıqlarını, hal-hazırda fəaliyyət coğrafiyalarını zamanla test edilmiş tərəfdaşlar və təcrübəli əməkdaşlar şəbəkəsi vasitəsilə genişləndirdiklərini qeyd etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Texno Gallery
Labor
Avtometal
FFF+N
BFAA