“Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının iclası keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının iclası keçirilib. İclasda Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər müzakirə edilib. Sahibkarların suallarını Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Məmməd Quliyev və baş dövlət vergi müfəttişi Bəxtiyar Abdurəhmanov cavablandırıblar.