Business Breakfast “Şirvanşah Saray” – 04.03.2022

4 mart “Şirvanşah Saray” oteldə “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”-nin İdarə Heyətinin sədri Orxan Məmmədov Marsol partnyorları olan sahibkarlarla görüşüb. Baş tutan “Business Breakfast və B2B” görüşündə Orxan bəy KOBİA-nın fəaliyyəti, iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. O bildirdi ki, KOBİA ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, sahibkarlığın dəstəklənməsi tədbirləri və dəstək mexanizmləri özəl sektorun inkişafına xidmət göstərir.

Həmçinin “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”-nin İdarə Heyətinin sədri Orxan Məmmədovla yanaşı, İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov və İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov görüşdə iştirak edən sahibkarların suallarını cavablandırıb.

“Marsol” MMC-nin təsisçisi Tural Mustafayev şirkətin əsas fəaliyyət istiqamətlərindən və sahibkarlığın daha da inkişaf etməsi üçün “Partners & Business” layihəsi çərçivəsində həyata keçirdikləri tədbirlərdən məlumat verdi. Həmçinin Tural bəy bildirdi ki, görüşlər ənənəvi şəkildə təşkil edilir və görüşlərdə MARSOL MMC -nin tərəfdaşlıq etdiyi dövlət qurumlarının nümayəndələri də iştirak edir və sahibkarları maraqlandıran mövzularda müzakirələr aparılır.

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”-nin  İdarə Heyətinin sədri Orxan Məmmədova vaxt ayırıb tədbirdə iştirak etdiyi üçün təşəkkür edir və işlərində müvəffəqiyyətlər arzu edirik.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Ecomedi
Green Wood
Azani Tekstil
Karvan-L
Prestij Kimya
Turkes Dekor
Rattan Bağ Mebelləri
Sabiroğlu MMC
Azestetik Group
Crispa
Art Jalüz
Khazar Lift Servis
Caspian Enerji Group
Shane English School
Ecostep
Polistar Boya
Grow Audit
Tuna Company MMC
Azplasttech
ProNeo