“8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təşkil edilib.

MARSOL-un təşkilatçılığı ilə “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbir MARSOL partnyoru olan xanım sahibkarlar və bir sıra rəsmi qurumların xanım əməkdaşlarının iştirakı ilə 3 mart tarixində “La Terracce” restoranında baş tutub.

Tədbirin rəsmi hissəsində “MARSOL” MMC-nin təsisçisi Tural Mustafayev xanım sahibkarlarımızı qarşıdan gələn “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və onlar üçün hazırlanmış hədiyyələri təqdim edib, cəmiyyətimizdə quruculuq istiqamətində qadınlarımızın nailiyətlərindən və xanımlarımıza verilən yüksək dəyərdən danışıb. Çıxışın sonunda, tədbir iştirakçılarına MARSOL şirkəti tərəfindən təşkil edilən əyləncəli tədbirdə xoş istirahət keçirməyi arzulayıb.

Daha sonra MARSOL şirkətinin əməkdaşı “Xanım Sahibkarlarla iş şöbəsi”nin rəhbəri Aysel Əmirova qonaqları salamlayıb və təbriklərini bildirib. Bununla yanaşı tədbirdə iştirak edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva fəaliyyətləri haqqında məlumat verib, ölkədə qadın sahibkarların fəaliyyətindən danışıb və qonaqlara öz təbriklərini ünvanlayıb.

Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Dövlət Reklam Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Kapital Bankın nümayəndələri çıxış edərək xanım sahibkarları təbrik edib və fəaliyyətləri haqqında qonaqları məlumatlandırıblar.

Tədbirdə iştirak edən xanım sahibkarlara “Kapital Bank” və “Voice Agency” şirkətləri tərəfindən də hədiyyələr təqdim olunub. Tədbir əyləncəli şoularla davam edib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.