Ofis ziyarəti “NS Rattan” – 27.09.2022

27 sentyabr tarixində partnyorlarımızla birlikdə “NS Rattan” şirkətinin qonağı olduq . Tanışlıqla başlayan görüşümüzdə bizi şirkətin təsisçi-direktoru Nüsrət Abdullayev qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız öz fəaliyyətlərindən söhbət açaraq bir-birləri ilə daha yaxından tanış oldular. “NS Rattan” şirkəti barəsində Nüsrət bəy də ətraflı məlumat verdikdən sonra şourum gəzintisi etdik, şirkətin bir-birindən fərqli, xüsusi incəliklə istehsal etdiyi mebellərlə daha yaxından tanış olduq.

“NS Rattan” şirkətinin istehsal etdiyi hörmə mebel bağlı və açıq məkanlar üçün nəzərdə tutulub. Mebel və örtüklər günəş şüalarına və yağışa davamlıdır. Mebelləri eksklüziv dizayn və istifadə olunmuş materialların keyfiyyəti ilə seçilir. İstehsal zamanı istifadə etdikləri bütün materiallar Beynəlxalq standartlara uyğundur.

İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

Laliga Game Center
AZPARK Group
Garanti Group
Compar Academy
Arter
Moon Group
Moboil Yağlama Mərkəzi
Homeguide
OneAmz
Billur MS
Sarvagelli