“Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” ictimai müzakirə

Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda baş tutan ictimai müzakirədə Marsol şirkəti olaraq iştirak etdik.

Tədbirdə müvafiq dövlət qurumlarının, eləcə də sahə üzrə peşəkar istehsalçı nümayəndələrin iştirakı ilə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, yeni imkanlar və müasir çağırışlara dair aktual məsələlər müzakirə edildi və fikir mübadiləsi aparıldı.