Ofis Ziyarəti “Blum” – 27.09.2022

27 sentyabr tarixində növbəti “Ofis ziyarətimiz” partnyorumuz olan “Blum” şirkətində baş tutdu. Bizi şirkətin direktoru Eldəniz Abdullayev qarşıladı. Əvvəlcə İştirak edən sahibkarlar arasında tanışlıq oldu. Sonra Eldəniz bəy şirkətin fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Daha sonra şourum gəzintisi oldu. Orada sərgilənən aksesuarlarla yaxından tanış olduq. Sonda isə görüşdə iştirak edən hər kəsə “Blum” şirkəti tərəfindən hədiyyələr təqdim edildi.

Blum beynəlxalq mebel aksesuarları istehsalçısıdır. Avstriyanın Vorarlberg əyalətinin Höchst bölgəsində yerləşir. Blum, dünyanın 120 -dən çox ölkəsində mebel istehsalçıları və distribyutorlarını öz keyfiyyətli məhsullari ilə təchiz edir. Azərbaycanda 245 m2-lik sərgi salonu olan nümayəndəlik ofisi və 3 distribyutor fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

De Promo

Akbaba Group

İcon Pərdə

İşartı

FFF+N

Teoria Art