Ofis Ziyarəti “Moon Group” – 27.02.2024

Fevralın 27-si baş tutan işgüzar görüşümüzdə 2024-2025-ci il Marsol Group sponsoru olan “Moon Group”un şourumunu ziyarət etdik.

Təşkil olunan çay süfrəsi ətrafında tanışlıq oldu, biznesə dair maraqlı müzakirələr aparıldı. Şirkətin rəhbəri Ruslan Quliyevin təqdimatı ilə də “Moon Group”un fəaliyyətləri ətrafında bir sıra mövzulara toxunuldu.

Sonda isə şourumu ziyarət etdik, keyfiyyətli xammal ilə hazırlanan bir çox məhsullarla yaxından tanış olduq.

Nəzərinizə çatdıraq ki, “Moon Group” şirkəti mətbəə, promo və reklam məhsulları ilə xidmətin və ya məhsulun yüksək səviyyədə tanıdılması yönündə fəaliyyətinə davam edir.

İştirak edən şirkətlər:

Gültekin Logistics
Fire Universal Group
Arbitro
Antik Group
Sleep & Bed
Nar Mobile
Modern Hospital
BTL İndustries AZ
Darwin Medical
Lassa
Arter
EMAZ
Libaks Med
Jet Cinema
Estet Company
Fratell