Ofis Ziyarəti “Birgə və Sağlam” İctimai Birliyi – 27.02.2024

Autizm spektrində olan şəxslər üçün cəmiyyətdə fərqindəlik yaratmağı hədəflədik, sosial tərəfdaşımız olan “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini növbəti dəfə ziyarət etdik.

Partnyorlarımızın iştirakı ilə baş tutan görüşdə ilk olaraq “Kashalata” kafesində səhər yeməyimiz baş tutdu. Autizmli gənclərin xidməti ilə mərkəzin nəzdində fəaliyyət göstərən kafedə partnyor şirkətlər arasında yeni tanışlıqlar yaranmasına vasitəçi olduq. Həmçinin, Birliyin Sədri Aytən Eynalova da iştirakçılara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verdi.

Görüşün davamında gənclərin xoş musiqili çıxışları ilə musiqi sahəsində bacarıqlarını fəal şəkildə nümayiş etdirməsi iştirakçılara müsbət təəssürat yaratdı.

Sonda uşaqların reabilitasiya xidmətlərindən yararlanmasına və psixi sağlamlıqlarının qorunmasına yönəlmiş dərs proqramları və sosial fəaliyyətlərlə tanış olduq.

İştirak edən şirkətlər:

Meridian FF
Talent Staff and Business Solution
Paşa Sığorta
Komiforest
Qida Sektoru
Concrete Bureau
Roofs
Storm Building
Z Glass
SG Logistics
Kayra Group
Envix Print
ADRA
ASO Group
Alienetto MMC
Kitchen Plus