2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” əlçatanlıq strategiyasına əsaslanaraq abunəçiləri üçün yüksək keyfiyyətli mobil rabitə xidmətləri təqdim edir.

“Nar” sərfəli və rəqabətədavamlı tariflər təklif edən uğurlu biznes siyasəti ilə abunəçilərə çeviklik və rahatlıq imkanı verərək onların büdcələrinə uyğun tariflər seçməsini təmin edir.

Bundan əlavə, sosial məsuliyyətli brend kimi “Nar” korporativ sosial məsuliyyət (KSM) təşəbbüslərində də fəal iştirak edir. Mobil operator elm, milli-mənəvi irs, vətənpərvərlik və fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına və müxtəlif yerli təşəbbüslərə yönəlmiş layihələrə 2023-cü ildə 2,5 milyon manat investisiya yatırıb.

“Nar”ın müştəriyönümlülük strategiyasının uğurlu nəticəsidir ki, o, Müştəri Loyallığı İndeksində ardıcıl 5-ci ildir, ölkə lideridir. Ölkə ərazisinin 98,5%-ni, əhalinin isə 99,71%-ni əhatə etməklə mobil operator artan müştəri bazasına ən sərfəli və keyfiyyətli mobil xidmətlər təqdim etməkdə davam edir.

Ünvan: Bakı şəhəri, Məmmədcəfər Cəfərov küç, ev 17, 3005-ci məhəllə

Telefon: +994 12 498 07 30

web: nar.az

e-mail: [email protected]

Facebook: Nar 

İnstagram: Nar_official