“Zəfərin kölgəsi – Şəki” -27.02.2024

Şəkidə rayon şəhidlərinə həsr olunmuş “Zəfərin kölgəsi – Şəki” sərgisi keçirilib. Sərginin açılış tədbirində rayon rəsmiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Sərgidə rəssam Elmar Məmmədzadə və Natiq Məhərrəmovun müəllifliyi ilə hazırlanan Vətən Müharibəsi Şəhidlərinin şüşə üzərində kölgə effektli portretləri nümayiş etdirilib. Çıxış edənlər qəhrəmanlarımızın adlarının daim yaşadılması üçün belə tədbirlərin əhəmiyyətini qeyd ediblər. Sonda qəhrəmanlarımızın portretləri onların ailələrinə hədiyyə edilib.

Layihənin Şəki rayonu üzrə baş tutan tədbirinin dəstəkçilərindən biri də Marsol Group olub.

Bununla yanaşı, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları da görüşdə iştirak ediblər.