Ofis ziyarəti “Moon Group” – 22.09.2022

22 sentyabr tarixində partnyorlarımızla birlikdə “Moon Group” şirkətinin qonağı olduq. Əvvəlcə görüşdə iştirak edən sahibkarlar arasında tanışlıq oldu. Daha sonra korporativ tərzi ilə xidmətlərin və məhsulların tanıtımında fərqli iz qoyan “Moon Group”-un rəhbəri Ruslan Quliyev şirkət haqqında məlumat verdi. Əsas məqsədlərinin regionun ən etibarlı və müvəffəqiyyətli şirkətlərindən biri olmaqla, ən çox tərcih edilən şirkətə çevrilmək olduğunu qeyd etdi.

Həmçinin “Birgə İnvest”-in layihələr üzrə baş meneceri Elnur Quliyev də iştirak edərək, investisya mövzusunda şirkətləri maraqlandıran bəzi məsələlərə aydınlıq gətirdi.

Ən sonda isə Ruslan bəy görüşdə iştirak edən hər kəsə promo məsullarından ibarət hədiyyələri təqdim etdi və bütün partnyorlarımıza xüsusi endirimlərinin şamil olduğunu vurğuladı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Beynəlxalq Təhsil Mərkəzi
Nano
Euroglass Art
Formag
Oneamz
Məsləhətci.az
Ecober
Bravotech
İşartı
GV Estetik
Birgə İnvest
Blum