Ofis ziyarəti “Modern Hospital” – 22.09.2022

Bu gün Marsol partnyorları ilə birlikdə “Modern Hospital”ın qonağı olduq. Hospitalın direktoru Ravil Tağıyev bizi qarşıladı və çay süfrəsi ətrafında tanşılıq oldu. İştirak edən sahibkarlar bir-birlərinin öz biznes fəaliyyətlərindən bəhs etdilər. Sonra isə partnyorlarımıza Modern Hospitalın göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verildi.

Müasir tibbi avadanlıqlarla təchiz olunmuş Modern Hospital yüksək ixtisaslı həkimlərin tətbiq etdikləri müalicə üsulları ilə, hər il on minlərlə pasienti öz sağlamlığına qovuşdurur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Baycan
Peşəkar Psixologiya Mərkəzi
Roof Academy Traning
BHB
Greenmed
Kapital Bank
Fostanpak