Ofis ziyarəti “Kovrolin.az” – 22.09.2022

22 sentyabr tarixində partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimizdə “Kovrolin.az” şirkətinin qonağı olduq. Bizi şirkətin rəhbəri Vahid Hüseynov qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında hər sahibkar öz biznesləri haqqında məlumat verdi. Daha sonra şourumdakı məhsullarla yaxından tanış olduq.

Kovrolin.az 2005 ci ildən etibarən Azərbaycan bazarında yer döşəmələri sahəsində kovrolit satışı üzrə fəaliyyət göstərir. Vahid bəy bildirdi ki, missiyamız peşəkar komandamız ilə müştərilərin zövqünə uyğun şəkildə məhsulları yüksək keyfiyyətlə təqdim etməyi, quraşdırmağı və xidmət göstərməyi müvəffəqiyyətlə həyata keçirməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Ecomedi
N-Advert
Hikmətoğlu
Ağ Saray
Onur Plast
Vien Group
La Liga
Sofistico