“Bilinən və bilinməyən cəhətləriylə planlama” mövzusunda təlim – 23.09.2022

“MARSOL Business Club”da “Bilinən və bilinməyən cəhətləriylə planlama” təliminin 3-cü sessiyası baş tutdu.

23 sentyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da Biznes və İdarəetmə üzrə konsultant, “SƏNAYENİLƏNMƏ”, “Nokia”, “Walmart İdarə Edərsə” kitablarının müəllifi Seymur İlyasovun “Bilinən və bilinməyən cəhətləriylə planlama” mövzusunda növbəti təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu. Daha sonra təlim müddətində Seymur bəy “Planlama” mövzusunda partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Şəms Aydınlatma
Destec Group
Humel
Envix Print
Lider Yanğın
ADRA
BSC