Business Breakfast – 27.09.2022

“Business Breakfast”lə başlayan yeni bir gün.

Bu səhər xanım sahibkarların da iştirakı ilə “DineHall” restoranında təşkil etdiyimiz “Business Breakfast” görüşü baş tutdu. Görüşümüzə 27 Sentyabr “Anım Günü” ilə bağlı Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək başladıq. Əvvəlcə iştirak edən sahibkarlar arasında tanışlıq oldu. Görüşdə KOBİA-nın Bakı və Xüsusi zonalar üzrə KOB dostu Sabir Zeynallı iştirak edən qonaqlarımız arasında idi.

Bununla yanaşı görüşdə “Caspian Energy Group”-un təsisçi-direktoru Natiq Aydayev fəaliyyət sahələrindən bəhs etdi və şirkət haqqında daha ətraflı məlumatın əks olunduğu video təqdimat izlədik. Daha sonra Marsol şirkətinin rəhbəri Tural Mustafayev, partnyorlarımızla birlikdə sabah yola çıxacaqları “Özbəkistan səfəri” haqqında məlumat verdi.

Ən sonda isə şirkətimizin layihələr üzrə meneceri Murad İsayev şirkətlər arasında “Marsol Zəfər Kuboku” intellektual yarışı haqqında təqdimat etdi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

KFC
Dəbli Baku
Silo Construction
Adelina Beauty
Catering Baku
Müasir Psixologiya Mərkəzi
Emsa Food
Euroline
Eurodoor
Caspian Energy Group
Kapital Bank
Master Cleaning
Fire Universal Group
Saloni
Hafele
Katsan Group
Gens Elektrik
Şərq Motors
Zirvə Kitab Evi
Ok Media
Atek Uniform
İnogoods
Modern Hospital
Hanoğlu
Elkahomes
Azprint
World Karyera və Peşə Mərkəzi
BF Home
Onur Plast
Labor
Bloom Group
Birgə və Sağlam İB
İnşaat – İnteryer
Prime Audit
KOBİA
Baker Tilly
Azərtac
Torch
İmzalı İnşaat