Ofis Ziyarəti “Medical Media” – 11.05.2023

Partnyor şirkətlərin bir-birilərinin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz növbəti ofis ziyarətimiz bu dəfə “Medical Media” şirkətinin ofisində baş tutdu. Şirkətin rəhbəri Azər Xudiyev bizi çay süfrəsi ətrafında qonaq edərək fəaliyyətləri haqqında ətraflı məlumat verdi.
Daha sonra görüşdə iştirak edən partnyorlarımız gələcək əməkdaşlıqlara zəmin yaratmaq məqsədilə bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında ətraflı məlumat verdilər. Görüşün sonunda Azər bəyin rəhbərliyi ilə Medical Media şirkətinin studiosunu ziyarət etdik fəaliyyətlərin gerçəkləşdirildiyi məkanlarla yaxından tanış olduq.

Qeyd edək ki, Medical Media ixtisaslaşmış informasiya resursu olan eksklüziv xəbər şəbəkəsinə malik ilk audiovizual platformadır. Media aləmində yeni cığır açmağı hədəfləyən Medical Media, əhatəli və peşəkar xəbərlərin hazırlanması və yayılması, birbaşa vizual təmaslarla həkim ekspertlərlə məsləhətləşmələr,canlı onlayn konfransların təşkili və bunun kimi fəaliyyətləri özündə cəmləşdirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Modern Hospital
ERZ Ofis Mebeli
Medical Media
Azprint
Lunchef Catering
Kripton
Kovrolin.az
Strix
SG Logistics
Labor
MG Motors Azerbaijan
Shams Translation