Business Breakfast “DineHall” – 11.05.2023

Bugünki “Business Breakfast” görüşümüz DineHall restoranında 30-dan çox partnyorumuzun iştirakı ilə baş tutdu. Sahibkarlar arasında tanışlıqlar oldu və bir-birilərilə biznesləri haqqında müzakirələr apardılar. Daha sonra “Wotmax Estate”in rəhbəri İlhami Bilgen bizə öz şirkəti haqqında məlumat verdi və şirkətin video icmalını təqdim etdi. Şirkət haqqında məlumat sahibi olan partntyorlarımız üçün bu çox yaxşı bir təcrübə oldu.

2016-cı ildən fəaliyyət göstərən “Wotmax Estate” Belarus-Rusiya-Qazaxıstan-Ukrayna-Avusturaliya və Azərbaycanda və Türkiyə də isə ümumilikdə 22 Daşınmaz Əmlak şirkəti ilə iş sözləşməsi çərçivəsində fəaliyyət göstərməkdədir. Şirkət daşınmaz əmlak sahəsində bütün şirkətlər üçün vahid platforma təşkil etməyə kömək edir.

Sahibkarlar arasında daha sıx əlaqələrin formalaşması məqsədilə baş tutan görüşdə 18-21 may tarixlərində Marsol Group və Marsol Regionun təşkilatçılığı ilə baş tutacaq “Biznes Tur” haqqında məlumat verdik və Bakıdakı sahibkarları dəvət etdik. Sahibkarların, bu turun onlar üçün hansı imkanlar təqdim edəcəyi barədə verdikləri sualları cavabladıq.

Dövlət qurumlarından “Sahibkarlığın İnkişafı Fondu”nun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı da iştirak edərək fondun fəaliyyətləri haqqında danışdı və partnyorları maraqlandıran sualları cavablandırdı. Tərəfdaşlarımız bu görüşdən çox razı qaldılar və daha sıx əlaqələr yaratmaq üçün təşkil edilən bu tədbirə böyük əhəmiyyət verdilər.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində
uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sofistico
Qolat
SAT Group
One Smart Star
Laser Service
ElarPark
EHA Stone
Fenstar
Texno Gallery
Enerji-N
TURKESH DEKOR
Çoban.az
BMY Caspian
Express Services and Logistics
OfficePro
Roof Academy
İcon Pərdə
KYS
Karyera və İşə Hazırlıq Mərkəzi
İdeal Print
SİS Collection
SİLO Construction
Jetcinema MMC
SİF
GV Estetik Mərkəzi
Wotmax Estate
STV Engineering
Outsite
Moboil
GST Company
All Plast
Marsol Group