“Kiçik sahibkarlıq subyektlərinin ortaq problemlərinin həlli” mövzusunda görüş – 11.05.2023

11 may tarixində “Marsol Business Club”da partnyorlarımızın iştirakı ilə B2B görüşümüz baş tutub. Görüşdə “Think Wise Consulting”şirkətinin təsisçisi Çingiz Novruzzadənin rəhbərliyində “Orta sahibkarlıq subyektlərinin ortaq problemlərinin həlli” mövzusunda müzakirə baş tutub. Çingiz bəy sahibkarları maraqlandıran sualları cavablandıraraq bəzi mövzulara aydınlıq gətirib. Sonra “Yerli şirkətlərin tanıtım sərgisi 2023”, “Regional Tərəfdaşların İnkişafı” və “Gələcəyin Sahibkarları” layihəsi başda olmaqla bu gün davam edən və gələcək üçün nəzərdə tutulan fəaliyyətlərimiz haqqında məlumat verildi. Daha sonra “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen bizə fəaliyyətləri haqqında məlumat verdi və video icmalını təqdim etdi.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Mart Group
Marsol Region
Texno Gallery
Hood Academy
Maurra Group
Globus Travel
RİF mebel
Mr group
Sabiroğlu
Storm Engineering
TWC
Wotmax Estate
Kral Rent a Car