Ofis və istehsalat ziyarəti “AAC” – 12.05.2023

Bu gün partnyorlarımızla birlikdə “AAC” şirkətinin ofisində qonaq olduq. Görüşün əvvəlində “AAC”un istehsalat sahəsinə baş çəkdik və möhtəşəm avadanlıqlarla tanış olduq. Şirkətin rəhbəri Zahid Şahbazov istehsal prosesi və texnoloji avadanlıqları haqqında ətraflı məlumat verdi və partnyorlarımızı maraqlandıran sualları cavablandırdı. Partnyorlarımız da bu məlumatlardan çox yararlandılar. Məsaməli hörgü blokları və müxtəlif çeşidli əhəng məhsulların satışı və istehsalı ilə məşğul olan AAC şirkəti Alman texnologiyası olan Werhahn avadanlıqları ilə təchiz olunmuşdur.

Daha sonra Zahid bəy bizi çay süfrəsi ətrafına dəvət etdi. Partnyorlarımız şirkətin məhsulları haqqında məlumat əldə etməklə yanaşı, bir-birilərilə fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Wotmax Estate
Zarif İnteriors
Best Bearings Company
Estet Company
Mibella
Master Cleaning
Vibrostone
Helind
Net Elektrik
SR Group
Dekoriza
Baku Stone Factory
İndustrial Support and Training Services
AAC – Gobustone