Ofis Ziyarəti “Fire Universal Group” – 12.05.2023

Ofis Ziyarətlərimiz davam edir. 12 may tarixində baş tutan növbəti ofis ziyarətimizin ünvanı “Fire Universal Group” şirkəti olub. Görüş zamanı şirkətin ofisində çay süfrəsi ətrafında partnyorlarımızla əməkdaşlıq mövzusunda müzakirələr aparılıb. Şirkətin rəhbəri Şahin Xudaverdiyev fəaliyyətləri haqqında məlumat verərək partnyorlara maraqlı olan mövzuları aydınlaşdırıb. Sonra şirkət sahibləri öz biznesləri haqqında bir-biriləri ilə fikir mübadiləsi aparıblar.

Daha sonra Şahin bəy bizi şourumda qonaq etdi, mağazanı gəzdik və məhsullarla əyani şəkildə tanış olduq. Görüşün sonunda şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu.

“Fire Universal Group” MMC 2017-ci ildə təsis edilmişdir. Şirkətin əsas fəaliyyət istiqamətləri yanğın və mühafizə siqnalizasiya sistemləri, avtomatik yanğınsöndürmə sistemləri (sulu, qazlı və köpüklü), ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri, yanğınsöndürən balonlar, yanğın dolabları, hidrantlar və digər yanğınsöndürmə avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirməkdən ibarətdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Almet Trading QSC
Unilift MHE Center
İnes Pregast
Sarvagelli
Wotmax Estate
Fire Universal Group
Antik İnşaat
Ulduz Paintball Klubu
Global Logistics
A Class Supply Chain