Ofis Ziyarəti “Lənkəran” – “Kaspi Kids” – 21.09.2023

Cənub bölgəsində işgüzar görüşlərimizlə birgə fəaliyyətlərimiz də başladı. Bu gün Marsol Region partnyoru olan “Kaspi Kids” uşaq hazırlıq kursunda region partnyorlarımızla birlikdə ilk ofis ziyarətimizi gerçəkləşdirdik. Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev və Kapital Bankın Lənkəran filialının rəhbəri Ramis Quliyev də iştirak etdi. Hərzamankı kimi Marsol Group-un gələcək layihələri və fəaliyyətləri barədə məlumatlar verib, partnyorlarımız arasında yeni tanışlıqlar və əlaqələrə vəsilə olduq.

İştirak edən sahibkarlara, dövlət və özəl qurum nümayəndələrinə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.