“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” ilə bağlı görüş

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” ilə bağlı Marsol Group partnyorları arasında görüşlər davam edir. Baş tutan görüşlərdə iştirak edən istehsalçı şirkətlər arasında tanışlıqlar olub.

Həmçinin sərgi haqqında müzakirələr aparılıb və iştirakçılar “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”nin yerli istehsalçı şirkətlərin tanıtım və yeni bazarlara çıxış imkanlarını artırmaq üçün mühüm addım olacağını vurğulayıblar.Q

eyd edək ki, sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Marsol Group-un birgə təşkilatçılığı ilə 7, 8, 9 dekabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək.