Təlim “Bakı KOB evi” – 22.09.2023

22 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə sahibkarlar üçün müxtəlif mövzularda təlimlər baş tutub. Təlim çərçivəsində ilk öncə “QSCert” şirkətinin təsisçisi Teymur Muradov çıxış edərək beynəlxalq standartlar, standartlaşdırma fəaliyyəti, sertifikatlaşma və “Keyfiyyəti İdarəetmə Sistemi” – İSO 9001:2015 standartı ilə sahibkarları tanış edib. Teymur bəy sahibkarların suallarını cavablandıraraq mövzuya aydınlıq gətirib.

Daha sonra partnyorumuz “Arbitro” şirkətinin korporativ hüqüq şöbəsinin müdiri Mətin Mirkazımlı maraqlı mövzularda təlimlərə davam edib. O, “Cinayət prosesində iştirak zamanı sahibkarların hüquqları və vəzifələri”, “Dələduzluq cinayətindən müdafiə strategiyaları” haqqında bir sıra məqamlara toxunub. Ardından Mətin bəy “Şirkətlərin fəaliyyətində müqavilələrin əhəmiyyəti”, “Ağır şərtli müqavilələrdən müdafiə mexanizmi” başlığı altında növbəti təlimə keçid edib. Sahibkarlar hüquqi təsisat kimi müqavilələrin və yazılı müqavilələrin əhəmiyyəti haqqında maarifləniblər.

Belə təlimlərin, sahibkarların müasir biznes dünyasında müvəffəqiyyət əldə etmələri və sahibkarlıq fəaliyyətlərində problemlərin həll yolları üçün uğurlu bir addım olduğuna inanırıq!

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

BMY Caspian
Büromax
Unicons
AAC – Gobustone
Global Logistics
Odero
Unity Technologies
NET Elektrik
TURKESH DEKOR
Şəms Aydınlatma