2022-2023 Marsol Group sponsorları və partnyorlar arasında “İşgüzar Axşam Ziyafəti və B2B” – 22.09.2023

22 sentyabr tarixində 2022-2023 Marsol Group sponsorları və partnyorlarımız arasında “İşgüzar Axşam Ziyafəti və B2B” görüş baş tutub. Səmimi mühitdə bir araya gələn partnyorlarımız görüş çərçivəsində biznes təcrübələrini və yeni biznes ideyalarını bir-birilərilə bölüşüblər. Həmçinin Marsol Group-un gələcək fəaliyyətləri və istehsalçı şirkətlərin tanıtım imkanlarını artırmaq məqsədi daşıyan “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında müzakirələr aparılıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Kapital Bank
ArchiCo
Veysəloğlu Holdinq
BMY Caspian
Texno Gallery
Silo Construction
BHB Strategic & Creative Co.
ERZ Ofis Mebeli
Moon Group
Beynəlxalq Təhsil Mərkəzi